İrəvanda elit binalardan birinin həyətində atışma və bıçaqlanma hadisəsi baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə erməni kriminal saytları məlumat yayıb.

Qeyd olunub ki, 24 fevral saat 17:25 radələrində Kanaker Zeytun inzibati dairəsinin Paruyr Sevak 8/1 ünvanında mübahisə yarandığı, atəş açıldığı barədə polisə məlumat daxil olub.

43 yaşlı kişi təcili yardım maşını ilə göstərilən yerdən xəstəxanaya yerləşdirilib. O, bıçaqlanıb.

Hadisə yerindən 2 ədəd boş patron və qan izləri aşkar edilib.