Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib.

“BUTA TV” xəbər verir ki, bu vəzifəyə general-mayor Adil Abdullayev  gətirilib. Məlumat FHN-dən saytımıza təsdiq edilib.

Qeyd edək ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzin rəisi Adil Ələsgər oğlu Abdullayev general rütbəsini iki il öncə alıb. O, FHN-dən öncə Dövlət Gömrük Komitəsində çalışıb. Adil Abdullayev vaxtilə DGK-də Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.