Ermənistan Baş naziri Nikol Paşinyan Məsud Pezeşkiana İran prezidenti seçilməsi münasibətilə təbrik ünvanlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Paşinyan Ermənistan hökuməti və xalqı üçün “qardaş İran İslam Respublikası ilə əlaqələrin” xüsusi məna ifadə etdiyini bildirib:
“Ermənistan və İran arasında isti münasibətlərin daim dərinləşməsi həm ikitərəfli əməkdaşlıq, həm də regional sabitlik və rifah kontekstində xüsusi əhəmiyyət kəsb edir”.
Baş nazir Ermənistan və İran hökumətlərinin əldə olunmuş razılaşmaları həyata keçirəcəyinə, həmçinin bir sıra yeni layihələrə başlayacağına əminliyini ifadə edib.
- Azərbaycanda nə qədər işsiz var?
- Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır - Video
- Temperatur 38 dərəcəyə yüksələcək
- Bu sahədə çalışanlar 5 min manat maaş alır
- TƏBİB sədri bu xanıma yüksək vəzifə verdi - Foto
- Kərim Vəliyev bu türk ölkəsində təltif edildi
- Əlilliyi olan 6700 şəxsə 281 min reabilitasiya vasitəsi verilib
- Arzumun məhkəmə zalında həbsi tələb olundu