Ağır Cinayətlər Məhkəməsi Ramiz Mehdiyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Ramiz Mehdiyev kimi dövlət hərisləri Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında çox acizdirlər.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Məlahət İbrahimqızı deyib.
“Ölkəmizin ən çətin günlərində, ən ağır dövrlərində — 1994 və 1998-ci illərdə dövlət çevrilişlərinə və ya çevriliş cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevə sarsılmaz dəstək göstərib.
Biz bildiririk ki, bu gün dövlət çevrilişinə cəhd edən, hakimiyyəti zorla ələ keçirmək istəyən bu cinayətkar qüvvələr öz çirkin əməlləri ilə dövlətimizin qurucusu, bütün həyatını xalqına və dövlət müstəqilliyimizin möhkəmlənməsinə həsr etmiş Heydər Əliyevə, eləcə də Azərbaycan xalqını dünyada qalib xalq kimi tanıdan və beynəlxalq aləmdə dövlətimizin nüfuzunu artıran Prezident İlham Əliyevə qarşı ən ağır xəyanəti törədirlər.
Dövlətçiliyimizə, və xalqımıza qarşı xəyanət edən hər kəs qanun qarşısında cavab verəcək. Ramiz Mehdiyev və silahdaşları da bu kateqoriyadandır”, – M.İbrahimqızı bildirib.
- Mehdiyev yenə ifadə verdi - İstintaqa əsa ilə gedib
- MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...
- Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?
- Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir
- Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video
- Gəncədə törədilən növbəti terrordan beş il ötür
- Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama
- Zakir Qaralovun şirkətləri qara siyahıya salındı