Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə APA-nın etibarlı mənbələrdən əldə etdiyi məlumatda bildirilib.
“Mənbənin dediyinə görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü Düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib.
Görünən odur ki, 87 yaşlı Ramiz Mehdiyev artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib. Ona görə də Rusiya heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb.
Ramiz Mehdiyevin Rusiyaya yaxınlığı həmişə bəlli olub. O, hələ sovet dövründən Moskvanın agentura şəbəkəsinin üzvü kimi tanınıb. Ramiz Mehdiyev uzun illər öz imkanlarından istifadə edərək, Azərbaycan hakimiyyətində də Rusiyanın “dostları” olan məmurların vəzifə pillələrində, parlamentdə və mediada irəliləmələrinə şərait yaradıb.
Vətən Müharibəsindən əvvəl isə Azərbaycanda rusiyapərəst məmurlar vəzifələrindən uzaqlaşdırıldı, Ramiz Mehdiyev də vəzifəsindən azad olundu”, – məlumatda qeyd edilib.
- Zakir Qaralovun şirkətləri qara siyahıya salındı
- Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc
- Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video
- Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?
- Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok
- Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?
- Paşinyan Əliyevlə görüşündən danışdı
- Mehdiyevin həbsi ilə deputat partiyadan qovuldu... - Təsadüf?