Polietilen (sellofan) torbaların mağazalarda pullu olması əks effekt verib.
BUTA.TV xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli yazıb.
O xatırladıb ki, polietilen torbaların təbiətə vurduğu ziyanı nəzərə alaraq, bir çox ölkədə olduğu kimi, Azərbaycanda da onun pulla satılmasına (böyük torbalar 5, kiçik torbalar 3 qəpik) qərar verildi. Məqsəd bu torbalardan istifadəni azaltmaq idi:
“Rəsmi məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkə ərazisində 14 244.8 ton həcmində polietilendən kisə və çantalar istehsal və istifadə edilib. Bu, keçən ilin eyni dövrü (yəni, torbalar pullu olmağa başladığı dövr) ilə müqaisədə 26% çoxdur. Yəni, pulsuz olanda daha az istifadə edirdik”.
N.Cəfərlinin sözlərinə görə, torbaların pullu olmasının məsələni həll etməyəcəyini hələ o zaman gündəmə gətirib:
“Torbaları pullu etməklə iş bitmir, bunun təbliğat, PR ayağı da olmalıdır, heç kim 3-5 qəpiyə görə polietilen torbalardan imtina etməyəcək. Bu məsələ sosial çarxlarla, təşviqlə, reklamla, düzgün PR-la və məktəbdən başlamaqla həll oluna bilər”.
- Kəmaləddin Heydərov gürcü nazirlə danışdı: Tam hazırıq!
- TBMM-dən qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama
- Qəzaya uğrayan Türkiyə təyyarəsində neçə nəfər olub?
- Fərhad Əhmədovun şirkəti bağlandı, əmlakına həbs qoyuldu
- Türkiyə təyyarəsi niyə qəzaya uğrayıb? – General
- Azərbaycanla ərazi mübadiləsi... - Xandanyan
- Bu məsələdə nə Sərkisyanın, nə də Paşinyanın mövqeyi... - Marukyan
- Azərbaycan XİN-dən Atatürkün vəfatının ildönümü ilə bağlı paylaşım