Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti "8-ci km bazarı"nın sökülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə APA-ya Nizami Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd edilib ki, "8-ci km bazarı" ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər görülür.
Nəzərə çatdırılıb ki, qanunsuz quraşdırılmış, şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadlıq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur:
“Qeyd edək ki, bir ay öncə Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilmişdir”.
- ABŞ ərzaq böhranı ilə üzləşə bilər - Steir
- Nepalda daha bir çətinlik: Meyitləri saxlamağa yer yoxdur
- Rusiya Ukraynaya görə bu qadağanın müddətini yenə uzatdı
- F-16-lar Trampın səfəri zamanı beş təyyarəni ələ keçirdi
- Burada bir vaxtlar 10 min insan yaşayırdı, indi 216 nəfər qalıb... - Video
- Döyüşlərdə ölən ukraynalı qadın hərbçilərin sayı...
- Türkiyə hərbçiləri "Lutuv" gəmisini azad etdi
- ABŞ İranla bağlı yalan danışır - Medvedyev