Gürcü polisi türk azarkeşləri vəhşicəsinə döydü - Video
Video
Xəbər verdiyimiz kimi, dünən UEFA Avropa Liqasının V turu çərçivəsində Batumda keçirilən "Beşiktaş" - "Hapoel Beer Şeva" matçı zamanı türk azarkeşlərlə gürcü polisi arasında gərginlik yaranıb.
BUTA.TV xəbər verir ki, oyun zamanı “Beşiktaş” azarkeşlərinin Fələstin bayrağı qaldırmasına Gürcüstan polisi müdaxilə edib. Yaranan qarşıdurma zamanı gürcü polisi azarkeşlərə zorakılıq edib, hətta bir polis azarkeşi vəhşicəsinə döyüb. Nəticədə azarkeşlər arasında xəsarət alanlar olub.
Hadisədən dərhal sonra Türkiyə xarici işlər naziri Hakan Fidan Gürcüstanın xarici işlər naziri Maka Boçorişviliyə zəng edərək baş vermiş hadisə ilə bağlı müzakirə aparıblar.
Ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş”ın prezidenti Sərdal Adalı ilə telefon danışığı aparıb.
Türkiyə Futbol Federasiyası (TFF), "Trabzonspor", "Fənərbağça" və "Qalatasaray" klubları da bəyanat yayaraq, Gürcüstan polisinin "Beşiktaş" azarkeşlərinə güc tətbiq etməsini kəskin şəkildə pisləyiblər.
Türkiyənin hadisəyə ən yüksək səviyyədə reaksiya verməsinin səbəbi Gürcüstan polisinin azarkeşləri döyməsi, onlara qarşı dəyənəkdən, gözyaşardıcı qazdan istifadə etməsi olub. Azarkeşlər oyun zamanı sadəcə Fələstin bayrağı açmaq istədiklərini bildiriblər. Gürcüstan polisinin isə qeyri-adekvat reaksiyasına azarkeşlərin cavabı stadion və ətrafında xaosa səbəb olub.
Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan