Suriyada baş verən hadisələrin arxasında dayanan qüvvənin İran olduğunu hamı bilir. Ələviləri “Əsəd tərəfdarları” adı altında silahlandırmaq və Colaniyə (Əhməd əş-Şara) qarşı üsyana hazırlamaq İranın Suriya siyasətlərində bundan sonra necə mövqe sərgiləyəcəyini göstərir.
Bu siyasət daha əvvəl İranın dini rəhbəri Ayətullah Əli Xamenei tərəfindən elan olunmuşdu. THŞ-nin Suriyanı ələ keçirməsindən indiyə qədər bu “üsyan” ölkədə ən ciddi və ən qanlı hadisə hesab olunur.
Şübhəsiz ki, bu, ilk növbədə Şaraya, daha sonra Türkiyə mənafeyinə qarşı İran İslam Respublikasının ilk həmləsidir.
Suriya ələvilərinin Colani hakimiyyətinə və Türkiyənin maraqlarına qarşı hərbi əməliyyatında İslam Respublikasının uğuru və ya uğursuzluğu böyük nəticələrə səbəb ola bilər.
Baş verən hadisədən həm ruslar, həm də israillilər daha çox məmnun görünür.
Bir neçə gün əvvəl Hakan Fidanın İranın xarici siyasəti haqqında dedikləri indi daha açıq başa düşülür. Fidanın nələri qəsd etdiyi də tam şəkildə məlum oldu.
Bu isə o deməkdir ki, İslam Respublikası Türkiyənin “pəncərəsinə” daş atdı. Ən azından, türkiyəli yetkililərin gözündə belə görünəcək.
İran birbaşa və ya dolayı yolla Türkiyənin yeni Suriyadakı maraqlarına zərbə vurmağa çalışır.
Suriyadakı hadisələrin nəticəsini gözləmək lazımdır, çox təhlükəli bir səhnə hazırlanır.
İranın hərbi və təhlükəsizlik sahəsində qərar qəbul edənləri böyük riski qəbul ediblər.
İrana qarşı ilgək hər gün daralır və indi İrana qarşı düşmənçilik səviyyəsini kəskin şəkildə artırmaq növbəsi Türkiyənindir.
- Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı
- İranda yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - Video
- Ağdamın ağ günləri geri qayıdır
- Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?
- Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı Herbst
- Prezident Omanın Sultanını təbrik etdi
- Azərbyacan bu platformaya qoşulacaq - Herbst
- Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama