Bu agentlik 96 minlik texnologiya avadanlığı alır
Dövlət Turizm Agentliyi informasiya və texnologiya avadanlıqlarının satın alınması üzrə tender elan edib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 191,88 manat təşkil edir.
Tenderin ehtimal olunan qiyməti 95 938 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 2 dekabr saat 12:30-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da 2 dekabr saat 12:30-da (GMT+4) keçiriləcək.
Əlavə məlumat üçün telefon: (+994) 12 505 87 04 (2304)
Əlaqələndirici şəxs: Mehman Bayramov
E-poçt: [email protected]
Ünvan: Nəsimi rayonu, Ü. Hacıbəyli 134.
Deputatın da içində olduğu maşın aşdı - Ölən və yaralananlar var