Tatarıstanda neft emalı zavoduna dron hücumu - Video
Tatarıstanın Alabuqa xüsusi iqtisadi zonasında partlayışlar baş verib.
BUTA.TV xəbər verir ki, “Yelaz-Nefteprodukt” neft emalı zavoduna dron hücumu olub.
Bildirilib ki, səhər saatlarında əraziyə iki dron düşüb, ardınca bir neçə partlayış baş verib.
İlkin məlumata görə, 6 nəfər xəsarət alıb.
Hadisə zamanı bir neçə binaya da ziyan dəyib.