Səfərbərliyin rayon şöbəsində insident: həbs olunan var
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsində insident yaşanıb.
BUTA.TV Xitab24.az-a istinadla xəbər verir ki, 2007-ci il təvəllüdlü çağırışçı, Astara rayon Şümrüd kənd sakini Samir Sərvərov (ad-soyad şərtidir - red.) inzibati binada olan zaman xidmətin əməkdaşlarına qarşı tabesizlik göstərib. İnsident zamanı çağırış vərəqəsini cıran şəxs polis əməkdaşlarının da qanuni tələblərinə tabe olmayıb.
Hadisə ilə bağlı S.Sərvərov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib. O, məhkəmənin qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs edilib.
23 yaşlı Gülarənin qətli ilə bağlı - Yeni detallar