Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə BUTA.TV-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2006-cı il təvəllüdlü Nəsrəddin Sədrəddin oğlu Şahaliyevin batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Gürcüstanda eks-arvadını öldürtmək istəyən azərbaycanlı siyasətçi imiş - Yenilənib Gürcüstanda eks-arvadını öldürtmək istəyən azərbaycanlı siyasətçi imiş - Yenilənib