Tatarıstanın Yelabuqa və Nijnekamsk şəhərlərinə hücum edən pilotsuz təyyarələr Mərkəzi Asiya respublikalarından birinin ərazisindən buraxıla bilərdi.

BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev bildirib.

Onun sözlərinə görə, mütəxəssislər dronların uçuş trayektoriyasını izləməklə bunu öyrənməlidirlər.

“Onların Ukrayna ərazisindən buraxılması faktı yoxdur. Bizim Orta Asiya respublikaları da var ki, bu, tamamilə mümkündür”.

O əlavə edib ki, Tatarıstana ən yaxın olan Mərkəzi Asiya Respublikası Qazaxıstandır və mümkündür ki, nəzarətsiz ərazidən PUA-lar buraxılıb.