Mingəçevirdə ağac avtomobilin üzərinə aşdı
Mingəçevir şəhərində güclü külək səbəbindən iri gövdəli ağac qırılaraq avtomobilin üzərinə düşüb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, "VAZ-21015" markalı avtomobilə ciddi zərər dəyib, yaxınlıqda olan 24 yaşlı X.Məmmədova isə psixoloji travma alıb. Ona ambulator yardım göstərilib.
Qeyd edək ki, hazırda bolgədə küləkli hava şəraiti davam edir.
23 yaşlı Gülarənin qətli ilə bağlı - Yeni detallar