Rusiyanın bu vilayətində raket xəbərdarlığı elan edildi
Rusiyanın Belqorod vilayətində raket xəbərdarlığı sireni işə salınıb.
BUTA.TV xəbər verir ki, bu barədə qubernator Vyaçeslav Qladkov Teleqram kanalında məlumat verib .
Qubernator sakinləri pəncərələrə yaxınlaşmamağa, həmçinin pəncərəsi olmayan, möhkəm divarlı otaqlara sığınmağa, küçədə olanları isə sığınacaqlara enməyə çağırıb.