Rusiyada təyyarə qəzası - 17 nəfərin öldüyü bildirilir
Rusiyanın Kemerovo vilayətində An-12 tipli təyyarə qəzaya uğrayıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Novosibirskdən Kanska uçan təyyarə Yaqunovo kəndi yaxınlığında yerə çırpılıb. İddiaya görə, göyərtədə olan 17 nəfərin hamısı həyatını itirib.
Şahidlərin sözlərinə görə, təyyarənin mühərriklərindən biri havada alışıb. Bundan sonra sürətlə hündürlük itirən təyyarə yerə çırpılaraq partlayıb.
Qeyd edək ki, 17 nəfərin ölümü ilə bağlı məlumat hələlik rəsmi təsdiqini tapmayıb. Qəzanın səbəbləri araşdırılır.
“Parlament danışmaqxana deyil” - Spikerdən deputata irad