Orenburq vilayətində su altında qalan evlərin sayı 6300-ə çatıb.

BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Təkcə Orsk şəhərində su altında 4500 ev qalıb. Sutka ərzində su altında qalan evlərin sayı 2400 olub”, - məlumatda bildirilib.

Məlumata görə, Orenburq vilayətində Ural çayının səviyyəsi daha 28 sm artıb.