Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əmrahov İmran Rahim oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib.

Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!