Azərbaycanlı boksçu Adəm Aslanov Qazaxıstanda keçirilən yarışın qalibi olub.

Bu barədə BUTA.TV-a idmançının özü məlumat verib.

Məlumata görə, 14 yaşlı Adəm Nail oğlu Aslanov yeniyetmələr arasında boks üzrə beynəlxalq yarışın finalında qazaxıstanlı idmançı ilə üz-üzə gəlib. Qızıl medala layiq görülən yeniyetmə medalını Azərbaycan xalqına həsr edib.