Neftçalada quldurluq edənlər saxlanıldı - Foto
Foto
Neftçala rayonunda ev sahibinə qarşı quldurluq edilməsi və 11000 manat pulun talanması barədə polisə məlumat daxil olub.
DİN-dən BUTA.TV-a verilən məlumata görə, polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Talıbov və N.Muxtarov saxlanılıblar.
Araşdırmalarla saxlanılan şəxslərin quldurluq faktını qabaqcadan planlaşdırdıqları və əldə etdikləri pul vəsaitlərini aralarında böldükləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, Q.Talıbov və N.Muxtarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Millimiz ili qələbə ilə yekunlaşdırdı - Video-Yenilənib