Rusiya Türkiyə ilə xüsusi kanallar vasitəsilə dialoq aparır.

BUTA.TV xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyədə dövlət çevrilişinə mümkün hazırlıq barədə məlumatı şərh edərkən bildirib.

Diplomatdan Rusiyanın 2016-cı ildə olduğu kimi, bu vəziyyətdə də Türkiyəyə kömək edib-etməcəyi soruşulub:

“Mənə elə həmin hadisəni xatırlatdığınız üçün deyirəm ki, o vaxt bu, ictimai şəkildə yox, müvafiq kanallar vasitəsilə konstruktiv şəkildə edildi. Ənənəvi olaraq türkiyəli həmkarlarımızla belə dialoqu davam etdiririk”.

İstanbul hava limanında azərbaycanlılar üçün yenilik... İstanbul hava limanında azərbaycanlılar üçün yenilik...