ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan azərbaycanlı şəhərdə baş verən silahlı insident zamanı yaranmış təhlükəli vəziyyətdən danışıb.

BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, həmyerlimizin sözlərinə görə, səhər saat 08:00-dan etibarən polis avtomobilləri küçələrdə hərəkət edərək səsgücləndiricilər vasitəsilə sakinləri ərazidə silahlı şəxsin olması barədə xəbərdar edib, onları ehtiyatlı olmağa və qapalı məkanlarda qalmağa çağırıb.

O bildirib ki, silahlı şəxs onun işlədiyi yerdən cəmi 10 dəqiqəlik məsafədə olub:

"Xəbərləri izləyirik. 4 nəfərin yaralandığı, 1 nəfərin isə öldüyü bildirilir.

4 ildir Amerikadayam. İlk dəfədir belə bir təhlükə ilə bu qədər yaxından üzləşirik. Heç kim nə baş verəcəyini və bunun nə zaman olacağını əvvəlcədən bilmir. Hazırda ərazidə bəlkə də 100-ə yaxın polis əməkdaşı var".

İstanbul hava limanında azərbaycanlılar üçün yenilik... İstanbul hava limanında azərbaycanlılar üçün yenilik...