Xaçmazda evdə baş verən yanğın zamanı 90 yaşlı qadının meyiti aşkarlanıb.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın yerinin müayinəsi zamanı ev sahibi, 1936-cı il təvəllüdlü Minacət Seyfəddin qızı İsrafilovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

2040-cı ildə Bakı necə olacaq? – Dəyişəcək ƏRAZİLƏR 2040-cı ildə Bakı necə olacaq? – Dəyişəcək ƏRAZİLƏR