Slovakiya baş nazirinin son vəziyyəti açıqlandı
Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti çox ağır olaraq qalır.
BUTA.TV xəbər verir ki, bunu Slovakiyanınn yeni seçilmiş Prezidenti Piter Pelleqrini jurnalistlərə bildirib.
"Baş nazirin vəziyyəti çox ağır qiymətləndirilir. O, ölümün bir addımlığında idi. Onunla yalnız bir neçə dəqiqə danışmağa icazə verildi. R.Fitso bir neçə söz dedikdən sonra özünü çox yorğun hiss etdi", - P.Pelleqrini vurğulayıb.