ABŞ qoşunlarını Nigerdən çıxarmağa başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Nigerin Quru Qoşunlarının qərargah rəisi, polkovnik Mamane Sani Kiau məlumat verib.

Onun sözlərinə görə, ABŞ-ın 269 hərbi qulluqçu və 946 ton hərbi texnikası ölkədən çıxarılıb.

Kontingent sentyabrın 15-dək Nigerdən çıxmalıdır.