HƏMAS girovlara görə İsraili hədələdi
HƏMAS İsraili növbəti dəfə hədələyib.
BUTA.TV xəbər verir ki, bu barədə hərəkatın Teleqram hesabında paylaşım edilib.
“İsrail hərbçilərinin 8 aydan sonra girovlarından bir neçəsini azad etdiyini elan etməsi onların Qəzzada strateji məğlubiyyətə uğraması faktını dəyişmir: biz hələ də xeyli sayda girov saxlayırıq və onların sayını daha da artırmağa qadirik”, - bəyanatda vurğulanıb.
Qeyd edək ki, ötən gün İsrail 4 girovun azad edildiyini bəyan edib.