Türkiyədə zəlzələ oldu
Türkiyənin Qəhrəmanmaraş şəhərində 4,3 maqnitudalı zəlzələ olub.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.
Məlumata görə, yerli vaxtla saat 06:31-də (Bakı vaxtı ilə 07:31) qeydə alınmış zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Yeraltı təkanların episentri Göksun rayonunda olub.
Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.