NATO müttəfiqlərin yardımını koordinasiya etmək üçün Ukraynaya xüsusi nümayəndə göndərmək istəyir.

BUTA.TV xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı məlumat yayıb.

Məlumata görə, xüsusi nümayəndə NATO-dan Ukraynaya dəstəyi, xüsusən də müxtəlif Qərb ölkələrindən Kiyevə hərbi yardım axınını əlaqələndirəcək.