Daha bir nazir istefa verdi - Video
Belçikanın Baş naziri Aleksandr De Kros istefa verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Le Soir” qəzeti məlumat yayıb.
"Bizim üçün xüsusilə çətin bir axşam oldu, uduzduq. Sabahdan etibarən mən səlahiyyət müddətini başa vuran baş nazir olacağam", - De Kros bildirib.
Qeyd edək ki, bu gün Belçikada həm milli, həm regional seçkilər, həm də Avropa Parlamentinə seçkilərdə səsvermə keçirilib.