İlham Əliyev Türkiyəyə getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gedib.
BUTA.TV xəbər verir ki, Ankaranın Esenboğa Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşıladılar.