Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkisi keçirmək fikrində deyil.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.

“Bu məsələni müzakirə etməmişik və etmək fikrində deyilik”, - o bildirib.

Qeyd edək ki, Ermənsitan parlamentinin müxalifətdən olan “Ermənistan” və “Şərəfim var” fraksiyalarından 33 deputatı növbədənkənar sessiyanın çağırılması tələbi ilə müraciət edib.