Hikmət Hacıyev Türkiyənin vitse-prezidenti ilə görüşdü
Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ankarada görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz X hesabında paylaşım edib.
“Mən cənab Hacıyevə səfərinə görə minnətdarlığımı bildirir və bu münasibətlə dost və qardaş Azərbaycan xalqına öz sevgimi çatdırıram”, - Yılmaz qeyd edib.