Yəməndəki üsyançı hərəkatı ABŞ-İsrail casus şəbəkəsinin üzvlərini həbs etdiyini açıqlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə husilərin təhlükəsizlik xidmətinin rəhbəri Abdel Hakim əl-Xayvani deyib.

O bildirib ki, casuslar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəlidir və beynəlxalq humanitar təşkilatlar adı altında fəaliyyət göstəriblər.