Səbail rayonunda yerləşən idman arenalarının birindən 30.000 manat dəyərində 1200 metr mis kabelin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Kamran Abduhəlimli müəyyən olunaraq saxlanılıb.

Qeyd edək ki, həmin şəxs oğurluq etdiyi məkanda bağban işləyib.

Araşdırma aparılır.

Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb? Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?