Ermənistan NASA-nın Ay proqramına qoşulur
Ermənistan Ayın kəşfiyyat proqramına qoşulur.
BUTA.TV xəbər verir ki, bu barədə NASA-nın X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Bildirilib ki, iyunun 12-də NASA administratoru Bill Nelsonun Vaşinqtonda təşkil etdiyi mərasimdə İrəvanla “Artemida” müqaviləsinin imzalaması planlaşdırılır.
Mərasimdə ABŞ Dövlət Departamentinin rəsmiləri də iştirak edəcək.
Qeyd edək ki, “Artemida” (Artemis) - NASA-nın 1972-ci il Apollon-17 proqramından sonra Aya yenidən insan göndərmək üzrə başlatdığı proqramdır.