Ramiz Mehdiyevin kürəkəni depressiyaya düşüb — Bahalı avtomobilləri ilə gecələr stres atır
Milli Məclisin sabiq deputatı, akademik Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev depressiyaya düşüb.
BUTA.TV Demokrat-a istinadən xəbər verir ki, bu barədə sabiq deputatın dostlarından biri məlumat verib. Onun sözlərinə görə, son aylar eks-deputat İlham Əliyev spirtli içki alüdəçisi olub, tez-tez içki məclislərində görünür. Həmçinin, sabiq deputat idarə etdiyi "Rolls-Royce" və "Bentley" model bahalı avtomobilləri ilə gecələr stres atmağa çalışır.
O, köhnə dostları ilə tez-tez "Elmlər Akademiyası" metrostansiyası yaxınlığındakı biznes məkanlarında oturur.
