Abşeron rayonu ərazisində yol polisi tərəfindən yeni radar yerləşdirilib.

BUTA.TV xəbər verir ki, bu radar nəqliyyat vasitələrinin sürətini ölçərək elektron tabloda nümayiş etdirir.

Radar sisteminin 3 kamerası var və həmin kameralar eyni vaxtda bir neçə avtomobilin sürətini ölçərək monitora ötürür.

Qeyd edək ki, radar Masazır-Saray-Novxanı yolunda işə salınıb.