Malik Ələkbərov Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Nazirlikdən Report-a məlumatı təsdiqləyiblər.

Bildirilib ki, dövlət başçısının fərmanı ilə Ədliyyə Nazirliyində struktur dəyişikliyi həyata keçirilib:

"Bununla əlaqədar Malik Ələkbərov vəzifəsindən azad edilərək sərəncama götürülüb".

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinin icrası İlham Abasquliyevə həvalə edilib.