Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ərdoğan X hesabında paylaşım edib.

“Azərbaycanın 15 İyun Milli Qurtuluş Gününü ən səmimi hislərimlə təbrik edir, bütün azərbaycanlı qardaşlarıma salam və məhəbbətimi çatdırıram. Yaşasın Azərbaycan!”, - təbrikdə qeyd olunub.