Mingəçevirdə Kür çayında qayıqda yanğın olub.

BUTA.TV Report-a istinadən xəbər verir ki, qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın baş verib.

Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb.

Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.