Rusiya Ukraynaya müdafiəsiz tanklar göndərir - Video
Rusiya Ukraynadakı müharibəyə müdafiəsiz T-62M tanklarının partiyasını ötürür.
BUTA.TV xəbər verir ki, bu barədə hərbi-siyasi ekspert Aleksandr Kovalenko sosial şəbəkə hesabında məlumat yayıb.
“Xüsusilə diqqəti çəkən odur ki, tanklar – çılpaqdır, “Kontakt-1” dinamik müdafiəsi yoxdur”, - o bildirib.
Ekspert bunun səbəbi haqda ehtimal irəli sürüb:
“Kontakt-1” qutuları tükənirmi, yoxsa döyüş bölgəsində tanklar o qədər tez lazımdır ki, müdafiəni yaxşılaşdırmaqla məşğul olmağa vaxt qalmır və onlar olduğu kimi göndərilir? Əsas odur ki, düşünmək üçün nəsə var, xüsusən də Putinin “sülh” isterikası kontekstində”.
Bəxtiyar Dali ilə bağlı qərar verildi