ABŞ İsrailə silah tədarükünü dayandırıb?
ABŞ-ın İsrailə silah tədarükü dayandırılmayıb.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken bildirib.
O qeyd edib ki, GBU-24 idarə olunan bombalar Rəfah kimi əhalinin sıx məskunlaşdığı bir ərazidə istifadəsi ilə bağlı narahatlıqlara görə İsrailə hələ göndərilməyib:
“Yenə də, İsrailin çoxsaylı problemlər qarşısında özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olmasını təmin edirik”.