Ermənistan MDB-dən çıxır? - Lebedev
Ermənistan MDB-dən çıxmaq istəyi ilə bağlı heç bir mesaj verməyib.
BUTA.TV xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev deyib.
"Ermənistan birlik çərçivəsində qonşuları ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək. Mən buna ürəkdən sevinirəm və ümid edirəm ki, belə də olacaq", - Lebedev qeyd edib.