Ruslar itkilər verir, bu bölgəyə dəniz piyadaları gətirilir
Ruslar Xarkov vilayətində Volçansk uğrunda gedən döyüşlərdə böyük itkilər verir və Sakit okean donanmasından dəniz piyadalarını köçürməyə hazırlaşır.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın “Xortitsa” qoşunların əməliyyat-strateji qrupunun nümayəndəsi Nazar Voloşin deyib.
Məlumata görə, söhbət hərbi toqquşmaların baş verdiyi yerdən 9 min kilometrdən artıq məsafədə yerləşən briqadadan gedir.