Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

VAZ-21011 markalı avtomobil "Belarus" markalı traktoru ötmək istəyərkən onun təkərinə dəyərək idarəetməni itirib və yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində VAZ-21011 markalı avtomobildə olan sərnişinlər, Hunanlar kənd sakinləri - 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alıblar.

Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb? Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?