Fransanın Azərbaycandakı səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışda insan itkisi ilə bağlı başsağlığı verib.

BUTA.TV xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.

“Bu gün mina partlaması nəticəsində həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı veririk. Fransa, ölkəni minalardan təmizləmək səylərində Azərbaycanı dəstəkləməyə sadiqdir”, - paylaşımda qeyd edilib.