Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub.

BUTA.TV İSNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib.

"Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,60 metrə yüksəlib", - məlumatda bildirilib.

Qeyd edək ki, Yaxın Şərqin ən böyük duzlu göllərindən biri olan Urmiya son onilliklərdə ciddi su itkisinə məruz qalıb və quruma təhlükəsi ilə üzləşib.

Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı