Pakistanın Baş naziri Şahbaz Şərif yeni genişmiqyaslı antiterror kampaniyasını təsdiqləyib.

BUTA.TV xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir "Azm-e-İstehkam" əməliyyatına başlamaqla yenilənmiş və gücləndirilmiş milli antiterror kampaniyasını təsdiqləyib",- məlumatda deyilir.

Qeyd olunur ki, bu əməliyyat müxtəlif antiterror proqramlarını vahid nəzarət və koordinasiya altına almağa imkan verəcək. Ekstremistlərə qarşı mübarizədə qonşu ölkələrlə koordinasiya üçün diplomatik səylər gücləndiriləcək.