Sevastopol atəşə tutuldu: çoxlu yaralı var
Sevastopol raket atəşinə tutulub.
BUTA.TV xəbər verir ki, Sevastopol qubernatoru Mixail Razvojayev məlumat verib.
“Raket hücumlarının qarşısı alınıb. 5 hədəf hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Uçkuyevka qəsəbəsində ikisi uşaq olmaqla, 12 nəfər, Lyubimovkada isə iki nəfər yaralanıb”, - Razvojayev bildirib.